Loqo hazırlanması
Azərbaycanda bir çox firma loqotip sifariş edərkən mətbəə, çap üzrə ixtisaslaşmış şirkətlərlə çalışır. Bu zaman bəsit hərflərlə və standart elementlərlə hazırlanmış loqolar yaradılır ki, bunların da bazarda bənzərləri kifayət qədərdir. Xidmət etdiyiniz sahəyə diqqət yetirin, eyni xidməti təqdim edən təşkilatların loqotiplərinin çox keyfiyyətsiz olduğunu müşahidə edəcəksiniz. Xüsusilə veb sayt sahiblərinin loqosu kifayət qədər diqqətçəkici deyilsə ziyarətçilərə mənfi təsir göstərəcəkdir. Çünki veb sayt vasitəsilə şirkətinizlə maraqlanan insanlar sizi tanımadıqları üçün sizə etibar etməkdə tərəddüd edirlər. Bu etimada yalnız peşəkar və əsl biznes imicilə nail olmaq olar. Bu korporativ imicdə loqotip ən böyük yeri tutur.
Yadda saxlayın ki, loqotip dizaynı markanızı yadda saxlamağın ən vacib amillərindən biridir. Bu səbəbdən, həvəskar loqotip dizaynları markanız üçün mənfi fikirlər yaradacaqdır. Korporativ stil işində bütün rənglər və əsərlər loqo vasitəsilə formalaşır. Loqo bazarda təşkilatın simasıdır. Bir dəfə hazırlanan loqotip illərlə istifadə ediləcəyi üçün həvəskar hazırlanan loqotiplər şirkətinizin potensial müştərilər tərəfindən ciddi qəbul edilməyəcəyi ilə nəticələnə bilər ki, bu da gələcəkdə kifayət qədər büdcə itkisinə gətirib çıxara bilər.